logo

3-cü mikrorayon dairəsi 2 günlük bağlanır

14:55 03-07-2020 | icon 2121
3-cü mikrorayon dairəsi 2 günlük bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 4-ü və 5-də paytaxtın “3-cü mikrorayon” dairəsi üzərindən keçən yolötürücüsünə “20 yanvar dairəsi” istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə YeniAvropa-ya  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülər alternativ olaraq prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.