logo

Türkiyədə fişəng fabrikində partlayış olub

14:03 03-07-2020 | icon 2667
Türkiyədə fişəng fabrikində partlayış olub

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda pirotexniki vasitələrin istehsal olunduğu fabrikdə partlayış baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Sakarya valisi Çetin Oktay Kaldırım ölkədə pirotexniki vasitələrin istehsal olunduğu ən böyük fabrikdə baş verən partlayışla bağlı açıqlama verib. O,qeyd edib ki, partlayış baş verən zaman müəssisədə 150-200 işçi olub. İndiyədək on nəfər yaralı fabrik binasından çıxarılıb. Hazırda partlayışlar davam edir.

Qeyd edək ki, hadisənin araşdırılması üçün Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk hadisə yerinə yola düşüblər.