logo

Lerikdə “UAZ” dərəyə aşdı: 3 nəfər öldü

13:48 03-07-2020 | icon 4949
Lerikdə “UAZ” dərəyə aşdı: 3 nəfər öldü

Daxili İşlər Nazirliyi (DİN) Lerik rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimovun idarə etdiyi “UAZ” markalı avtomobil dərəyə aşıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.