logo

Faiq Ağayev koronavirusdan vəfat etdi

13:12 03-07-2020 | icon 2205
Faiq Ağayev koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub. 

YeniAvropa xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, həmin tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin(ATU) Tədris Cərrahiyyə Klinikasında vəfat edib.

ATU-dan məlumatı təsdiqləyiblər. Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:
"Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”.