logo

Meriya əhaliyə sabah küçələrə çıxmayın deyir

10:15 03-07-2020 | icon 1890
Meriya əhaliyə sabah küçələrə çıxmayın deyir

İyulun 4-ü səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

YeniAvropa xəbər verir ki, paytaxtın kommunal strukturlarından verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.