logo

Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

21:10 02-07-2020 | icon 2611
Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək

Venesuelanın Milli Seçki Şurası ölkədə parlament seçkilərinin bu il dekabrın 6-da keçiriləcəyini rəsmi şəkildə elan edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Milli Assambleyaya namizədlərin qeydiyyatı avqustun 10-dan 19-dək, seçkiqabağı kampaniya isə noyabrın 21-dən dekabrın 5-dək keçiriləcək. Hakimiyyət orqanlarının proqnozlarına görə, seçkiqabağı kampaniyalarda 89 siyasi partiya iştirak edəcək.

Venesuela Milli Seçki Şurasının sədri İndira Alfonsonun sözlərinə görə, ölkənin növbəti birpalatalı parlamentinə 167 deputat əvəzinə 227 deputat seçiləcək.

Xatırladaq ki, 2019-cu il yanvarın 21-də Venesuelada ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasimindən az sonra ona qarşı kütləvi etiraz aksiyaları başladı. Müxalifətin nəzarətində olan Milli Assambleyanın rəhbəri Xuan Quaido özünü qeyri-qanuni şəkildə dövlətin müvəqqəti başçısı elan edib. Xuan Quaido seçkilərdə iştirak etməyəcək.