logo

Daha 8 şəhər və rayonunda xüsusi karantin rejimi tətbiq olunacaq

20:17 02-07-2020 | icon 2247
Daha 8 şəhər və rayonunda xüsusi karantin rejimi tətbiq olunacaq

Azərbaycanın daha 8 şəhər və rayonunda xüsusi karantin rejimi tətbiq olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir. Bildirilib kii,  COVID-19 infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Virusun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Goranboy, Göygöl və Mingəçevir şəhərlərində, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında xüsusi karantin rejimi tətbiq olunacaq.

Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax