logo

Ankarada bütün toplantıların keçirilməsi 15 günlük qadağan edildi

18:10 02-07-2020 | icon 2632
Ankarada bütün toplantıların keçirilməsi 15 günlük qadağan edildi

Türkiyənin bəzi bölgələrində son günlər COVID-19-a yoluxanların sayının artması səbəbindən paytaxt Ankarada bütün toplantıların keçirilməsi qadağan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ankara Valiliyindən bildirilib. Məlumatda qeyd edilib ki, bu tədbirlər ilkin mərhələdə 15 gün davam edəcək.

Qeyd edək ki, Türkiyənin bir çox bölgəsində, o cümlədən Ankara, İstanbul və İzmirdə qoruyucu maskalardan istifadə məcburidir.