logo

Pərviz Şahbazov “OPEC+” formatının genişləndirilməsini vacib sayır

15:51 02-07-2020 | icon 3633
Pərviz Şahbazov “OPEC+” formatının genişləndirilməsini vacib sayır

Digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir.

YeniAvropa xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Rusiyanın energetika naziri Aleksandr Novakın da iştirakı ilə keçirilən “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

Nazir qeyd edib ki, ilin ikinci yarısı üçün neft tələbatının azalma tendensiyasının zəifləyəcəyi gözlənilir. Lakin təəssüf ki, bu qeyri-müəyyənliklər mühitində, tələbatın yaxın bir tarixdə tam bərpasını əminliklə söyləmək mümkün deyil. Müxtəlif qiymətləndirmələrə görə, neft bazarının sabitləşməsi üçün ən azı 2 il vaxt lazımdır.

“Düşünürəm ki, qeyri-ordinar situasiyada neft ölkələrinin üzərinə düşən əsas missiya əməkdaşlıq və həmrəylik əsasında “OPEC+” formatının dayanıqlı və səmərəli mexanizm kimi fəaliyyətini, öhdəliklərin icrasını təmin etməkdir. Neft bazarında sabitlik bütün neft istehsalçılarının marağında olan məsələdir və bu baxımdan digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir. Öhdəliklərin icrasına gəldikdə isə hesab edirəm ki, “OPEC+” ölkələrinin iyul ayı daxil olmaqla üç aylıq performansı növbəti addımlar üçün baza olacaq. Azərbaycan öz öhdəliklərinə sadiqdir və müasir qlobal energetika sistemində aktiv rolunu davam etdirəcək”, - deyə P.Şahbazov vurğulayıb.