logo

Nursultan Nazarbayev koronavirusdan sağaldı

14:29 02-07-2020 | icon 2611
Nursultan Nazarbayev koronavirusdan sağaldı

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə sabiq prezidentin mətbuat katibi Aydos Ukibay öz “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, hazırda Nursultan Nazarbayev özünütəcrid rejimini davam etdirir.

Xatırladaq ki, Nursultan Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu.