logo

Ötən gün  axtarışda olduğuna görə 32 nəfər saxlanılıb

12:30 02-07-2020 | icon 2002
Ötən gün  axtarışda olduğuna görə 32 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən,  borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9,  qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt  müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən  5 nəfər saxlanılıb.