logo

Karantin rejimi qaydalarını pozduğuna görə səhiyyə naziri istefa verdi

09:53 02-07-2020 | icon 2352
Karantin rejimi qaydalarını pozduğuna görə səhiyyə naziri istefa verdi

Yeni Zelandiyanın səhiyyə naziri Devid Klark koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dövründə iki dəfə özünütəcrid qaydalarını pozduğuna görə vəzifəsindən istefa verib.

YeniAvropa xəbər verir ki, bu barədə iyulun 2-də “Otago Daily Times” qəzeti məlumat yayıb.

Ölkənin baş naziri Casinda Ardern məsələni qəzetə belə şərh edib: “Devidin qənaətinə görə, onun bu vəzifədə qalması hökuməti koronavirusla mübarizə tədbirlərindən, həmçinin səhiyyə sahəsində böyük islahatlardan yayındırır”. Odur ki, baş nazir də hökumət üzvünün istefasını qəbul edib.

Hökumət başçısı bildirib ki, sentyabrın 19-da keçiriləcək parlament seçkilərinə qədər həmin vəzifəni təhsil naziri Kris Hipkinz əvəzləyəcək.