logo

Bakıda mənzildən qadın meyiti tapıldı

23:18 01-07-2020 | icon 2079
Bakıda mənzildən qadın meyiti tapıldı

Paytaxtdakı mənzillərdən birində qadın meyiti tapılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Xaziyeva Alla Akilovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.