logo

Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

22:49 01-07-2020 | icon 3059
Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Bakının Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Səbail rayon Polis İdarəsindən bildirilib. Qeyd edilib ki, İdarənin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.