logo

Azərbaycanda bank sədri həbs edildi

20:58 01-07-2020 | icon 2429
Azərbaycanda bank sədri həbs edildi

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

YeniAvropa xəbər verir ki, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bankın sahibini saxlayıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.

0-5-0