logo

Azərbaycanda daha 588 nəfər  koronavirusa yoluxdu, 7 nəfər öldü

18:59 01-07-2020 | icon 2716
Azərbaycanda daha 588 nəfər  koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 588 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 18 min 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib. Aktiv xəstə sayı 7831 nəfərdir.

Ötən müddət ərzində 488 min 852 test aparılıb. Bugünkü test sayı isə 6682-dir.