logo

Rusiya səfirliyində Konstitusiyaya düzəlişlərə bağlı səsvermə keçirilir

17:30 01-07-2020 | icon 2198
Rusiya səfirliyində Konstitusiyaya düzəlişlərə bağlı səsvermə keçirilir

İyulun 1-də səhər saat 8.00-da Rusiyanın Azərbaycandakı səfirliyinin konsul bölməsi binasında RF Konstitusiyasına düzəlişlərə dair ümumrusiya səsverməsi üçün seçki məntəqəsi açılıb.

YeniAvropa xəbər verir ki, ölkəmizdə yaşayan və ya Azərbaycanda müvəqqəti olan Rusiya Federasiyası vətəndaşları gün ərzində səs verirlər. Məntəqə Bakı vaxtı ilə 20.00-dək işləyəcək.

Səsvermə koronavirusun yayılmasının qarşısının alınması üçün sanitar normalara riayət edilməklə keçirilir: sosial məsafə gözlənilir, səsverməyə gələnlərin hərarəti ölçülür, onlara birdəfəlik istifadə üçün əlcək, maska və diyircəkli qələm verilir.