logo

İstanbuldan Bakıya ilk xüsusi aviareys həyata keçirilib

16:51 01-07-2020 | icon 7693
İstanbuldan Bakıya ilk xüsusi aviareys həyata keçirilib

Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə “Azərbaycan Hava Yolları”nın (AZAL), iki dəfə isə “Türk Hava Yolları”nın (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reyslərə başlanılıb. İlk xüsusi aviareys bu gün Türkiyə saatı ilə 6:44-də İstanbuldan Bakıya olub.

YeniAvropa xəbər verir ki, "AZAL"ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nin aviareysləri isə çərşənbə və cümə günlərində həyata keçiriləcək.

Qeyd edək ki, bu reyslərə yalnız hər iki ölkənin müvafiq qurumları tərəfindən verilən COVID-19 testinin cavabı neqativ olan sərnişinlər qəbul edilir.

Xatırladaq ki, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının  tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.