İqtisadiyyat Nazirliyi: 3821 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iyunun 29-da keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Talış market”də, Abdulla Abdullayevə məxsus “Mağaza”da, Ruslan Məhərrəmova məxsus “Yağ dəyişmə” xidmət obyektində, Yasamal rayonunda Gülsüm Səfərəliyevaya məxsus “Dönər” ictimai iaşə obyektində, Elşən Əliyevə məxsus “Gül dükanı”nda, Xətai rayonunda Rauf Orucova məxsus “Mağaza”da, Səbail rayonunda Kamil Heydərova, Teymur Şıxəliyevə, Qoşqar Həsənova məxsus xidmət obyektlərində, Nizami rayonunda "Oba Market"də, Vüqar Axundova məxsus “Dönər” ictimai iaşə obyektində, Gəncə şəhərində Namiq Hacıyevə məxsus “Şirniyyat evi”ndə, “Zeytun MMC”yə məxsus aptekdə, Şamaxı rayonunda Siruz Məmmədova məxsus “ES Mobile” mağazasında, Əhəd Şahverdiyevə məxsus “Bərbərxana”da, Füzuli rayonunda “Füzuli tikinti materialları” mağazasında, Şaiq Hacıyevə məxsus “Kafe”də, Aydın Balaşova məxsus “Market”də, Yevlax rayonunda “Vasif Market”də, “Araz Market”də, “Sevda Market”də, Xaçmaz rayonunda "Qızıltac" qızıl satışı mağazasında, "Parfumpark mağazası"nda, Telman Məmmədova məxsus "Telefon satışı mağazası”nda, ümumilikdə monitorinq aparılmış 221 obyektin 106-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.
Qeyd edək ki, mayın 22-dən iyunun 30-dək monitorinq aparılmış 8705 sahibkarlıq subyektindən 3821-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ