logo

Keçmiş məhkumdan 6 kq-dan çox marixuana götürülüb

13:29 01-07-2020 | icon 1841
Keçmiş məhkumdan 6 kq-dan çox marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Ağayev Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.