logo

İlham Əliyev Kanadanın general-qubernatorunu təbrik etdi

17:59 30-06-2020 | icon 2324
İlham Əliyev Kanadanın general-qubernatorunu təbrik etdi

Prezident İlham Əliyev iyunun 30-da Kanadanın general-qubernatoru xanım Jüli PeyetəTürkiyə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: " Hörmətli xanım general-qubernator,

1 İyul – Kanada Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Kanada münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün böyük imkanlar vardır. Ölkənizin beynəlxalq təşkilatlar çərçivəsində BMT Nizamnaməsi və Helsinki Yekun Aktını rəhbər tutaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini yüksək qiymətləndiririk.

COVID-19 pandemiyası ilə üzləşdiyimiz bu çətin dövrdə Azərbaycan xalqının dost Kanada xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".