logo

SOCAR 2019-cu ildə xam neftin satışından əldə etdiyi gəliri açıqlayıb

12:10 30-06-2020 | icon 3192
SOCAR 2019-cu ildə xam neftin satışından əldə etdiyi gəliri açıqlayıb

SOCAR keçən il müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə edib.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, SOCAR-ın gəlirlərində ən böyük artım 25 faizlə təbii qazın satışında qeydə alınıb, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və “Ümid” yatağında hasilatın yüksəlməsidir.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat olub.