logo

Bakıda özəl valyutadəyişmə məntəqələri fəaliyyətə başlayıb 

22:11 29-06-2020 | icon 2905
Bakıda özəl valyutadəyişmə məntəqələri fəaliyyətə başlayıb 

Bakıda bir neçə ünvanda özəl valyutadəyişmə məntəqələri fəaliyyətə başlayıb.

 YeniAvropa xəbər verir ki, banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcılardan sənəd və xüsusi formanın doldurulması tələb edilmir. Məsələn, müştərlilər istədikləri məbləğdə ABŞ dolları ala bilirlər. Həmçinin açıq-aşkar çalışan bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər.

Marja-nın əməkdaşı belə valyutadəyişmə məntəqələrindən birində olub. Məlum olub ki, özəl valyutadəyişmə məntəqələrində dollar 1.70 manatdan alınır, 1.7060-1.7070 manatdan satılır.

Qeyd edək ki, bu gün əksər banklar dolları 1.6970 - 1.7000 manatdan alıb, 1.7020 -1.7025 manatdan satırlar.

Mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara əsasən valyutadəyişmə məntəqələri fəaliyyətlərini dayadırmışdılar. Əldə etdiyimiz məlumata görə, yenidən müəyyən tələblər çərçivəsində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə veriləcək.

“Sənədlərimizi Mərkəzi Banka təqdim etmişik”, - özəl valyutadəyişmə məntəqəsini işlədən şəxs "Marja"ya bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın göstərişinə əsasən kommersiya bankları bir vətəndaşa bir il ərzində maksimum 11750 dollar sata bilərlər. Bu limiti aşan şəxslərə dollar satılmır. Həmçinin vətəndaşlardan sənəd və yazılı şəkildə bir neçə suala cavab verməsi tələb olunur. Məhdudiyyətlər əksər inasının özəl valyutadəyişmə məntəqələrinə üz tutmalarına səbəb olub. 

Ekspertlər də bildirilər ki, vayutadəyişmə məntəqələri bərpa edilməlidir, lakin onlara ciddi nəzarət olmalıdır.