logo

Sabirabadda “Jiquli"nin vurduğu piyada ölüb

16:49 29-06-2020 | icon 6223
Sabirabadda “Jiquli"nin vurduğu piyada ölüb

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabirabad rayonunun Surra kəndi ərazisində yolu keçən kənd sakini Mehman Nağıyev Kovlar kənd sakini S.Ağayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.