logo

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

16:09 29-06-2020 | icon 3507
Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.Qeyd edilib ki, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən aşağıdakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır:

- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı

- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı

- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı

- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı