logo

Qətl törətmətdə ittiham edilən millimizin güləşçisi axtarışa verildi

12:32 29-06-2020 | icon 2163
Qətl törətmətdə ittiham edilən millimizin güləşçisi axtarışa verildi

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.

YeniAvropa Rusiya KİV-nə istinadla xəbər verir ki, əslən dağıstanlı olan güləşçimiz  Abdulbasir Ömərov adlı şəxsin öldürülməsində günahlandırılıb. 
Qeyd edək ki, Abdulbasir Ömər iyunun 23-də Mahaçqalada qətlə yetirilib. O, “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəisi Məhəmmədrəsul Ömərovun qohumudur.

Xatırladaq ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının, eləcə də ötən il Minskdə leçirilən II Avropa Oyunlarının gümüş mükafatçısıdır.