logo

Qazax sakini qohumunu bıçaqlayaraq öldürdü

10:32 29-06-2020 | icon 2072
Qazax sakini qohumunu bıçaqlayaraq öldürdü

Prokurorluq Qazax rayonunun Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun iyunun 28-də saat 09 radələrində yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat yayıb.

Qazax Rayon Prokurorluğunun YeniAvropa-ya  daxil olan məlumatında bildirilir ki, dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri prosessual hərəkətləri yerinə yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.