logo

Maşının baqajında rayona getmək istəyənlər saxlanıldı

10:08 29-06-2020 | icon 2100
Maşının baqajında rayona getmək istəyənlər saxlanıldı

Sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib. 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) YeniAvropa-ya verilən məlumata görə, iyunun 28-i gecə saat 00:40 radələrində "Mercedes" markalı 99-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu maşının baqaj hissəsində Bakı şəhər sakinləri - Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb.