logo

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

19:51 28-06-2020 | icon 1995
Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

YeniAvropa xəbər verir ki,həkim-anestezioloq Ceyhun Hacıyev "COVİD-19" diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Doktor Ceyhun Hacıyev 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında, 2015-ci ildən isə "Premium" Klinikada işləyib. Ailəlidir, 2 övladı var.