logo

Sabirabadda "Jiquli" "Ford"la toqquşdu, sürücü öldü

12:48 28-06-2020 | icon 6020
Sabirabadda "Jiquli" "Ford"la toqquşdu, sürücü öldü

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Polad Tağayı kəndi ərazisində qeydə alınıb. “Ford” markalı yük avtomobili rayonun Polad Tağayı kənd sakini, 1980–ci il təvəllüdlü Əsgərov Şamxal Nazim oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində ağır xəsarət alan “VAZ 2106” markalı avtomobilin sürücüsü Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.