logo

Son sutkada İranda 109 nəfər koronavirusdan vəfat edib

16:55 26-06-2020 | icon 2961
Son sutkada İranda 109 nəfər koronavirusdan vəfat edib

İranda koronovirusdan ölənlərin və bu infeksiyaya yoluxanların sayı hər gün artır. Son 24 saat ərzində 2628 nəfər virusa yoluxub, 109 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 217 min 724 nəfərə, ölənlərin sayı isə 10 min 239-a yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 177 min 852 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiya alan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.

Virusun yayılmasının qarşısını almaq məqsədilə Tehranda və digər böyük şəhərlərdə küçələr bir daha dezinfeksiya edilir.