logo

Mərkəzi Bank devalvasiyaya hazırlaşır?-Qubad İbadoğlunun şərhi

12:14 26-06-2020 | icon 3010
Mərkəzi Bank devalvasiyaya hazırlaşır?-Qubad İbadoğlunun şərhi

Mərkəzi Bankın əhali tərəfindən xarici valyutanın alınması qaydalarını sərtləşdirmək qərarı devalvasiyaya hazırlıq getdiyini açıq şəkildə nümayiş etdirir.

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadç-alimı Qubad İbadoğlu sosial şəbəkədə status paylaşıb.

"Eyni zamanda, Mərkəzi Bank pandemiyadan sonrakı dövrdə valyuta axınının qarşısını alır. Bu qərar xarici sərmayələrin cəlb olunmasının qarşısını alacaq və gözlənilən kapital və əmlak amnistiyasına müdaxilə edəcək. Təbii ki, Mərkəzi Bank qərarı ilə qara bazara kömək edir. Əsas məqsəd banklarının hüdudlarından kənarda qalan valyutanı müəyyənləşdirmək, onları vergiyə cəlb etmək və valyuta sahiblərinə nəzarət etməkdir. Yenə də burada siyasət iqtisadiyyatdan qabaqdadır", - deyə Qubad İbadoğlu bildirib. 

Xatırladaq ki, Mərkəzi Bank əhalinin kommersiya banklarında dollar alışı qaydalarını sərtləşdirib.

Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi təlimatlara görə,  500 dollardan çox alış-veriş edənlərdən özləri, valyutanın haradan əldə edildiyi mənbəyi və hara xərclənəcəyi barədə məlumat verilməlidir.

20 min manatdan çox ekvivalenti valyuta alan şəxs Maliyyə Monitorinqi Xidmətinin nəzarəti altına düşəcək.

Əgər məlum olsa ki, müştəri bir gün ərzində bir neçə yerdən xarici valyuta alıb və bu məbləğ limiti keçir, məlumatlar araşdırılır, həmin şəxslə əlaqə saxlanılır və vəsaitin mənbəyi soruşulur.

Əgər müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur.

Dövlət Vergi Xidmətindən bildirilib ki, belə hallarda həmin şəxslər vergi qeydiyyatına alınır, onlara VÖEN hesabı açılır. Mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir.