logo

Şəmkirdə ticarət mərkəzi yanır

20:58 25-06-2020 | icon 4984
Şəmkirdə ticarət mərkəzi yanır

Şəmkir rayon mərkəzindəki  bazarda  yanğın başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Hazırda Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən "Səbət Bazarı" adlanan ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.