logo

Əhalinin banklardakı əmanətləri 7,6 milyard manat təşkil edib

17:33 25-06-2020 | icon 2891
Əhalinin banklardakı əmanətləri 7,6 milyard manat təşkil edib

İyunun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 661,3 milyon manat təşkil edib.

 YeniAvropa Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu göstərici mayın 1-i ilə müqayisədə 96,7 milyon manat azdır.

Qeyd edək ki, ötən ay əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 758 milyon manat təşkil edib.