logo

Kürdə daha 1 nəfər batıb

16:33 25-06-2020 | icon 4291
Kürdə daha 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Quruzma kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.