logo

Bağlanan 4 bank üzrə 84 milyon manatadək kompensasiya ödənilib

16:08 25-06-2020 | icon 3031
Bağlanan 4 bank üzrə 84 milyon manatadək kompensasiya ödənilib

Lisenziyası ləğv olunan "Ata Bank" ASC, "Amrah Bank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC üzrə 7548 nəfərə 83,9 milyon manat kompensasiya ödənilib.

YeniAvropa xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağlanan 4 bankda əmanətləri sığortalanmayan əmanətçilərin sayı təxminən 100 nəfər təşkil edib .

T.Piriyev qeyd edib ki, "Ata Bank"da əmanətləri qorunmayan əmanətçilərin sayı 26 nəfər, "Amrah Bank"da 21 nəfər, "AG Bank"da 30 nəfər və "NBC Bank"da 30 nəfərdir.