logo

İlham Əliyev "N" saylı hərbi hissəsinin açılışında iştirak edib

12:55 25-06-2020 | icon 2401
İlham Əliyev "N" saylı hərbi hissəsinin açılışında iştirak edib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov  Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb.