logo

Azərbaycanda daha 590 nəfər  koronavirusa yoluxdu,7 nəfər öldü

18:48 24-06-2020 | icon 2674
Azərbaycanda daha 590 nəfər  koronavirusa yoluxdu,7 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 590 yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirlib. Qeyd edilib ki, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 14 min 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib. Aktiv xəstə sayı 6363 nəfərdir.

Ötən müddət ərzində 441 min 961 test aparılıb. Bugünkü test sayı isə 9103-dür.