logo

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu

11:29 24-06-2020 | icon 2205
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

 YeniAvropa xəbər verir ki, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı, 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər.