logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı 

22:10 23-06-2020 | icon 2303
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

YeniAvropa xəbər verir ki, məlumatda bildirilir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb.

Ümumilikdə isə indiyədək ölkə ərazisində  432 858 test aparılıb. Aktiv xəstə sayı 6 045 nəfərdir, onlardan 168 nəfər reanimasiyadadır, 32 nəfər isə süni tənəffüs aparatına qoşulub.