logo

Noyabrda keçiriləcək karate üzrə  dünya çempionatı təxirə salındı

20:25 23-06-2020 | icon 9128
Noyabrda keçiriləcək karate üzrə  dünya çempionatı təxirə salındı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ilin noyabrında təşkili planlaşdırılan karate üzrə 25-ci dünya çempionatı təxirə salınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dünya Karate Federasiyası bu gün qərzr qəbul edib. 

Xatırladaq ki, dünya çempionatı 2020-ci ilin noyabrın 16-dan 21-dək keçiriləcəkdi.

Qeyd edək ki, Azərbaycan karateçiləri 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə keçirilmiş 24-cü dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər.