logo

Biləcəri qəsəbəsində yol bağlanacaq

14:58 23-06-2020 | icon 2940
Biləcəri qəsəbəsində yol bağlanacaq

Aparılan təmir işləri ilə əlaqədar iyun ayının 23-dən 24-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Məlumatda bildirilir ki, təmir işləri ilə əlaqədar sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə edilir.