logo

Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

12:57 23-06-2020 | icon 3969
Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

 YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.

Xatırladaq ki,"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.

Ölkənin tikinti sektorunun nəhəng şirkətlərdən biri olan "Akkord”  iri infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.

Qeyd edək ki, "Akkord" Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.