logo

16 yaşlı yeniyetmə Kürdə boğuldu

20:23 22-06-2020 | icon 5145
16 yaşlı yeniyetmə Kürdə boğuldu

Kür çayında faciəli hadisə baş verib.

 YeniAvropa xəbər verir ki, faciəli hadisə iyunun 22-də olub. Belə ki, İmişli rayonunun Telişli kənd sakini 2004-cü il təvəllüdlü Yusifov Aqil Şahverdi oğlu Kür çayının Kürdəmirin Mollakənd kəndi ərazisindən keçən hissəsində həmyaşıdları ilə birlikdə çimərkən qəflətən halı pisləşib. Yaxındakılar onu sudan çıxarmağa cəhd göstərsələr də xilas edə bilməyiblər. Aqil Yusifov çayda boğulub. Hadisə yerinə Kürdəmir və İmişli rayon polis şöbələrinin əməkdaşları və FHN-nin Mingəçevir ARAN dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub. Hazırda Aqil Yusifovun cəsədinin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.