logo

Serbiyada parlament seçkilərində hakim partiya qalibdir

15:49 22-06-2020 | icon 2471
Serbiyada parlament seçkilərində hakim partiya qalibdir

İyunun 21-də Serbiyada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. İlkin nəticələr Prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi islahatçıların qalibiyyətini göstərib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Serbiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 60 faizdən çoxunu hesablayıb. Bu hesablamalara əsasən, Aleksandr Vuçiçin rəhbərlik etdiyi hakim Serbiya Mütərəqqi Partiyasının 61 faiz səslə qələbə qazanıb. Seçicilərin səslərinin 10 faizini isə islahatçıların müttəfiqləri olan sosialistlər qazanıblar.

İslahatçılar artıq 250 nəfərlik parlamentdə 190 yerə sahib çıxıblar.

Səsvermənin yekun nəticələri iyunun 25-də açıqlanacaq.