logo

“Qarabağ” üç futbolçusu ilə yollarını ayırdı

13:57 22-06-2020 | icon 6755
“Qarabağ” üç futbolçusu ilə yollarını ayırdı

Ağdamın “Qarabağ” klubu üç futbolçusu ilə yollarını ayırıb.

YeniAvropa klubun rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, ardıcıl yeddinci dəfə ölkə çempionu olan “Qarabağ” qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerras ilə müqaviləni yeniləməyib.

Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən “Qarabağ”ın formasını geyinib. Ağdam təmsilçisi daha öncə hücumçu Maqaye Qeye ilə vidalaşıb.