logo

Güclü sel və daşqın Türkiyədə insan tələfatına səbəb olub

21:57 21-06-2020 | icon 2422
Güclü sel və daşqın Türkiyədə insan tələfatına səbəb olub

İyunun 21-də Türkiyənin Bursa vilayətində baş verən güclü sel və daşqın insan tələfatına səbəb olub. YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ən son məlumata görə, iki nəfər ölüb, dörd nəfər itkin düşüb.

Vilayətin Kestel rayonuna bağlı Dudaklı, Narlıdərə, Aksu və Kayacık məhəllələrini sel basıb. Çox sağda maşın yarasız hala düşüb. Təbi fəlakətin fəsadlarının aradan qaldırılması üçün tədbirlərə başlanılıb. Əhaliyə və dövlətə külli miqdarda zərər dəydiyi ehtimal olunur.

Daxili İşlər naziri Süleyman Soylu bölgəyə yola düşüb.