logo

Daşkəsənə leysan yağıb, dolu düşüb 

18:37 21-06-2020 | icon 2016
Daşkəsənə leysan yağıb, dolu düşüb 

Qərb bölgəsinin dağlıq rayonlarından Daşkəsənə leysan xarakterli yağış yağıb, dolu düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daşkəsən RİH-dən bildirilib. Qeyd edilib ki, küləklə müşahidə olunan güclü yağış və dolu rayonda bəzi fəsadlar yaradıb. 

Daşkəsən şəhəri ilə yanaşı, bəzi kənd və qəsəbələrdə də meyvə ağaclarına, əkin sahələrinə qismən zərər dəyib. Kəskin hava şəraiti avtomobil yollarında nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

Hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.