logo

İranda daha 116 nəfər koronavirusdan ölüb

18:20 21-06-2020 | icon 2513
İranda daha 116 nəfər koronavirusdan ölüb

Son sutka ərzində İranda 2368 nəfər virusa yoluxub, 116 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 204 min 952 nəfərə, ölənlərin sayə isə 9623-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 163 min 591 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv müalicə alan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.