logo

Mingəçevirdə öğul anasını bıçaqla qətlə yetirdi

10:55 21-06-2020 | icon 2065
Mingəçevirdə öğul anasını bıçaqla qətlə yetirdi

İyunun 21-də saat 05 radələrində Mingəçevir şəhərinin Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Briliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Mingəçevir şəhər Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.